Damla – Kibrit Şarkı Sözleri
Sən soyuq hər yer soyuq,
Evlər otaqlar buz kimi
Bir öpüşlə bir zaman,
Yanmış dodaqlar buz kimi.
Sən yenə mənsiz mən yenə sənsiz,
Sən haralarda mən haralarda.
Çox dedilər çıx get buralardan,
Qüssə əzab var buralarda.
Bu şəhərdən getməkmi olar?
Bu şəhərdə xatirələr var.
Mən dönüb hara getsəm də belə,
Sən mənimləsən ön sıralarda.
Sən soyuq hər yer soyuq,
Evlər otaqlar buz kimi
Bir öpüşlə bir zaman,
Yanmış dodaqlar buz kimi.
İntizardan donmuşam,
Həsrətindən yanmışam.
Bir ölüm gəlmir qonaq,
Əllər ayaqlar buz kimi.
Gəl nəfəs ver , gəl isindir,
Gəl alovlandır məni.
Bir qığılcım bəs edər,
Yandırmaq asandır məni.
Hər otağın küncünə,
Mən yığılmış toz kimi,
Sil süpür yığ bir yerə,
Vur kibriti yandır məni.